"Liverpul"un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksander-Arnoldun "Real"a transferi ilə bağlı əlavə təfərrüatlar ortaya çıxıb.

Matc.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun "Liverpul"un yetirməsinə ödəyəcəyi imza bonusu 20 milyon avro təşkil edə bilər.

Xatırladaq ki, mayın 5-də İngiltərə klubu Trent Aleksander-Arnoldun yay "transfer pəncərəsi"ndə komandadan azad agent statusunda ayrılacağını rəsmən açıqlamışdı. Müdafiəçinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.

Daha əvvəl bildirilmişdi ki, "Real" "Liverpul"a 2025-ci il klublararası dünya çempionatı başlamazdan əvvəl futbolçunun Madrid klubuna keçə bilməsi üçün müqaviləni vaxtından əvvəl ləğv etməyə görə 500 min avro təklif edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest