06 May 2025, 10:55
FUTBOL
"Bornmut"un və Ukrayna millisinin 22 yaşlı mərkəz müdafiəçisi İlya Zabarnıy Fransa çempionu PSJ-nin maraq dairəsində olmaqda davam edir.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Bildirilir ki, PSJ bu yay 30 yaşlı komandanın kapitanı Markinyosun gedişinə açıq olacaq. Klub artıq onun yerinə iki potensial yeni futbolçu ilə maraqlanır. Onlardan biri Zabarnıy, digəri isə "Brügge" klubunun 21 yaşlı ekvadorlu mərkəz müdafiəçisi Joel Ordonezdir.
Qeyd edək ki, Zabarnıyin klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.