"Barselona"nın və Braziliya millisinin cinah oyunçusu Rafinya etiraf edib ki, 2020-ci il Avropa çempionatında İtaliya millisinin heyətində oynaya bilərdi.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

"Mən italyanların qazandığı Avropa çempionatına getməli idim. Əslində mən hazır idim, amma pasport hələ gəlməmişdi.

O zamanlar İtaliya millisindıkilər məni oraya dəvət etdilər. Jorginyo bunu hər zaman edirdi. Onların millisinin məşqçilər korpusu mənim üçün maraqlı olan layihəni icra edirdi və bu, diqqətimi çəkdi.

Amma ürəyimdə bir faiz ümid var idi ki, yenidən Braziliya millisinin forması ilə oynayacağam. Xoşbəxtlikdən İtaliya pasportum vaxtında hazır olmadı!"

Qeyd edək ki, Rafinya 2021-ci ildən Braziliya millisinin formasını geyinir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest