"Real""Liverpul"un ingilis müdafiəçisi Trent Aleksander-Arnold ilə 5 illik müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, Madrid klubu hazırda İngiltərə millisinin futbolçusunun transferini başa çatdırmaq üçün sənədləri hazırlayır.

Daha əvvəl mətbuatda Aleksandr-Arnoldun yay "transfer pəncərəsi"ndə azad agent kimi "Real"a keçəcəyi barədə xəbərlər yayılmışdı. "Liverpul"un Trent ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.

Qeyd edək ki, "Real"ın digər strategiyası isə bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək 2025-ci il klublararası dünya çempionatına qədər ingilis müdafiəçinin komandaya qoşulmasıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest