İdman Arbitraj Məhkəməsi Kosovo Futbol Federasiyasına UEFA-nın qərarı ilə Millətlər Liqasının qrup mərhələsinin Rumıniya millisi ilə oyununda texniki məğlubiyyət (0:3) verilməsi ilə bağlı müraciət etdiyi apellyasiya şikayətini təmin etməkdən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi sayt məlumat yayıb.
Xatırladaq ki, noyabrın 15-də ikinci hissənin əsas vaxtında Buxarestdə oynayan kosovalılar tribunalarda "Serbiya, Serbiya!" şüarları səsləndirməyə başladığı üçün meydanı tərk etmək qərarına gəlib. Bir saat sonra Kosovo komandasının futbolçuları meydana qayıtmaqdan imtina etdiyi üçün matçın hakimi oyunu rəsmən dayandırıb. UEFA Nəzarət və İntizam Komissiyası belə bir hərəkəti texniki məğlubiyyətə cəzalandırıb. Rumıniya Futbol Federasiyası isə 128 min avro cərimələnib və bir ev matçını boş tribunalarda keçirəcək.