Karlo Ançelotti "Real" ilə komandandan ayrılmağın şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, Madrid klubu və Ançelotti şifahi razılığa gəlib. Məşqçinin gedişi ilə bağlı rəsmi açıqlamanın mövsümünün sonunda veriləcəyi gözlənilir, lakin ola bilsin ki, bu, mayın 11-də "Barselona" ilə oyundan dərhal sonra baş versin.

Ançelottinin yaxın vaxtlarda Braziliya Futbol Konfederasiyası (CBF) ilə müqavilə imzalayacağı bildirilir. Braziliya millisinin İtaliyanın rəhbərliyi altında ilk oyunlarını iyunda – 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ekvador və Paraqvaya qarşı keçirəcəyi planlaşdırılır.

"Real" isə tezliklə klublararası dünya çempionatında komandaya kimin rəhbərlik edəcəyinə qərar verəcək. Namizədlər kimi Xabi Alonso, Santiaqo Solari, Raul və Alvaro Arbeloanın adı çəkilir. Əsas namizəd isə Alonsodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest