İtaliya A Seriyasında XXXV turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

"Milan" səfərdə "Cenoa"nın qonağı olub. Milan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 35 turdan sonra "Milan" 57 xalla 9-cu yerdədir. "Cenoa" isə 39 xalla 13 sırada qərarlaşıb. Turnir cədvəlinə 77 xalla "Napoli" başçılıq edir.

İtalia A Seriyası
XXXV tur
5 may

"Cenoa" – "Milan" - 1:2
Qollar:
 Oliviyera, 61 // Leao, 76, Frendrup, 77 (aq)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest