"Mançester Siti"nin 33 yaşlı yarımmüdafiəçisi Kevin De Bruyne klub rəhbərliyinə açıq şəkildə bildirib ki, əgər onlar, eləcə də baş məşqçi Xosep Qvardiola onun komandadakı gələcəyi ilə bağlı mövqeyini dəyişsələr, o, müqaviləsini uzatmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Ged me Sport" paylaşıb.

Bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə komandaya İngiltərə çempionluğunu qaytarmağa kömək edə biləcəyinə inanır. Bu səbəbdən "Mançester Siti"nin rəhbərləri onun gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaqlarını açıqlayanda De Bruyne son dərəcə məyus olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest