Türkiyənin "Qalatasaray" klubu futbolçusu Kaan Ayhanla yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, 30 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə sözləşmənin müddəti daha 1 il uzadılıb. Yeni anlaşmaya əsasən, təcrübəli müdafiəçi 2027-ci ilin yayınadək İstanbul təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Kaan Ayhan "Qalatasaray"ın heyətində 93 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest