İngiltərədə keçirilən Britaniya Supersport Çempionatında baş verən dəhşətli qəza nəticəsində iki motosikletçi həlak olub.

Matc.az xəbər verir ki, bu barədə "Sky News" məlumat paylaşıb.

Hadisə zamanı 21 yaşlı Ouen Cenner və 29 yaşlı Şeyn Riçardson vəfat edib.

Cenner ağır kəllə-beyin travmaları, Riçardson isə döş qəfəsindən çoxsaylı xəsarətlər alması səbəbindən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Yarışın birinci döngəsində baş verən insidentin zəncirvari qəzaya səbəb olduğu və ümumilikdə 11 sürücünün xəsarət aldığı bildirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest