Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turnirində bu gün II turun oyunları keçirilib. Matc.az saytı xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması İspaniya ilə qarşılaşıb.
İlk tur çərçivəsində Minskdə Belarus millisinə uduzan (2:3) komandamız yenə çətin oyun keçirib. Mübarizəyə Finlandiya üzərində səfər qələbəsi (3:1) ilə başlayan ispaniyalılar uğurlu seriyanı davam etdiriblər.
İtaliyalı mütəxəssis Covanni Kapraranın çalışdırdığı yığmamız Belarusla görüşdə olduğu kimi, bu dəfə də gənc voleybolçulara güvənib.
Görüş isə qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qızıl Avropa Liqası
29 may
Azərbaycan - İspaniya - 0:3 (21:25, 24:26, 14:25)
Hakimlər: Matias Evald (Makedoniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi.