02 Avqust 2025, 17:14
FUTBOL
Lionel Messi Hindistanda kriket yarışında iştirak edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Indian Express" paylaşıb.
Bildirilir ki, argentinalının iştirakı ilə kriket turniri dekabrın 14-də Mumbaydakı "Vankhede" stadionunda keçiriləcək. Turnirdə dünya kriket ulduzları Virat Kohli, Mahendra Sinq Dhoni, Rohit Şarma və Saçin Tendulkar da iştirak edəcək.
Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ilin yayından Amerikanın "İnter Mayami" klubunda çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 69 matçda iştirak edib, 58 qol vurub və 28 məhsuldar ötürmə edib.