"Ola bilər ki, kağız üzərində favorit bizik. Lakin Xorvatiya üzərində qələbəmiz göstərdi ki, kağız üzərində olanla reallıq heç də həmişə eyni olmur"

"Avropa çempionatının seçmə mərhələ oyunlarının hazırlığına ötən həftə başlamışıq. Bu amil komandamızın xeyrimizədi". Matc.az xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Dominik Şoboşlai deyib.

Macarıstan millisi AVRO-2020-nin seçmə qrup mərhələsində iyunun 8-də yığmamızın qonağı olacaq. Bu haqda danışan futbolçu Bakıdakı qarşılaşmanın ağır olacağını bildirib: "Bizi qarşıda çətin sınaqlar gözləyir. Azərbaycan yığmasının oyunlarını izləyib təhlil edirik. Bu komanda asan rəqib deyil. Bunu bir an belə düşünə bilmərik. Ola bilər ki, kağız üzərində favorit bizik. Lakin Xorvatiya üzərində qələbəmiz göstərdi ki, kağız üzərində olanla reallıq heç də həmişə eyni olmur".

Qeyd edək ki, Azərbaycan – Macarıstan matçı "Bakcell Arena"da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest