11 Sentyabr 2025, 11:20
FUTBOL
Qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ"ın UEFA Gənclər Liqasının əsas mərhələsində "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona laynsmanlar Adam Ceffri və Brayan Uilson kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dioqu Roza yerinə yetirəcək.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" qarşılaşması sentyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.