"Çərşənbə axşamından etibarən toplaşmışıq. Futbolçularda yorğunluq yoxdu, amma hamı eyni formada da deyil. Həmişəkindən daha uzun müddət bir yerdə olduq. Qarşıdakı matçlara hazırlaşırıq".

"çərşənbə axşamından etibarən toplaşmışıq. Futbolçularda yorğunluq yoxdu, amma hamı eyni formada da deyil". Matc.az saytı xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

Macarlar AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycanla, iyunun 11-də isə Uelslə qarşılaşacaq. Rossi yerli mətbuata açıqlamasında oyunlara hazır olduqlarını bildirib: "Həmişəkindən daha uzun müddət bir yerdə olduq. Qarşıdakı matçlara hazırlaşırıq. Amma hazırda əsas diqqətimizi Azərbaycanla görüşə yönəltmişik. İndi bu qarşılaşma bizim üçün daha vacibdi. Futbolçularımız həm Azərbaycan, həm də Uelslə görüşdə 3 xal qazanmaq istəyir".

Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest