Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının IV turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

Qurum "İmişli"yə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb bölgə təmsilçisinin "Sumqayıt"la matçın 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevi oyuna daxil etməsidir. Klub həmçinin, 5000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest