31 yaşlı futbolçu 90+4-cü dəqiqədə təcavüzkaar davranışa yol verdiyi üçün qırmızı vərəqə görüb. Rəqibi ayaqla vuran Vieqaş 3 oyunluq cəzalandırılıb və klub 3000 manat məbləğində cərimələnib.

AFFA İntizam Komitəsi "İmişli"nin futbolçusu Rafael Vieqaşa 3 oyunluq cəza verib.

Matc.az xəbər verir ki, buna braziliyalı futbolçunun Misli Premyer Liqasının 4-cü turunun "Sumqayıt"la oyunundakı davranışı səbəb olub.

31 yaşlı futbolçu 90+4-cü dəqiqədə təcavüzkar davranışa yol verdiyi üçün qırmızı vərəqə görüb. Rəqibi ayaqla vuran Vieqaş 3 oyunluq cəzalandırılıb və klub 3000 manat məbləğində cərimələnib.

"İmişli" 5 oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat də cərimə ödəyəcək.

Qeyd edək ki, qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bölgə təmsilçisi adı protokolda olmayan İbrahim Əliyevi oyuna daxil etdiyi üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest