"Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdı".

"Rəqibin müqavimət göstərəcəyini bilirdik. İlk hissə gözlədiyimiz kimi oldu. Müdafiədə müəyyən boşluqlar buraxdıq. Nəticədə əsəblərimizi cilovlamaqda çətinlik çəkdik". Matc.az saytı xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan slovakiyalılar yoldaşlıq görüşündə İordaniya üzərində 5:1 hesablı qələbə qazanıb.

Qarşılaşmanı dəyərləndirən Hapal ikinci hissədəki mübarizədən məmnun qaldığını deyib: "İkinci hissə tamam fərqli alındı. Düşünürdük ki, rəqibin mütəvimətini qıra bilərik. Deyərdim ki, istəyimizə çatdıq. Gənclərin oyunu yaxşı mənada təəccübləndirdi. Fasilədən sonrakı dəyişikliklər topa daha çox nəzarət etməyə və sürəti artırmağa hesablanmışdı".

Hapal iyunun 11-də Bakıda yığmamızla keçiriləcək oyuna da toxunub: "Yoldaşlıq matçında daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdik. Azərbaycanla bağlı başqa planımız var və bunu 3 gün sonra hamı görəcək. Bu, həm Bakı səfəri üçün heyət, həm oyunla bağlıdı".

Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest