AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığmasının təxmini heyəti müəyyənləşib. Baş məşqçi Pavel Hapal 4-2-3-1 taktiki sxemindən yararlanacaq.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığmasının təxmini heyəti müəyyənləşib. Matc.az saytı Slovakiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Pavel Hapal 4-2-3-1 taktiki sxemindən yararlanacaq.

çexiyalı mütəxəssis çərçivəni Martin Dubravkaya etibar edəcək. Müdafiənin mərkəzində Milan Şkriniarla Denis Vavro çıxış edəcək. David Hançko sol, Peter Pekarik isə sağ cinahdan yığmamızın hücumlarının qarşısını almağa çalışacaq.

Müdafiəçilərin önündə Stanislav Lobotka və Yuray Kuçka yer alacaq. Birinci sırf dayaq yarımmüdafiəçisi funksiyasını daşıyırsa, Kuçkanın əsas işi geridən oyun qurmaqdı. Onların önündə isə kapitan Marek Hamşik pleymeyker vəzifəsini icra edəcək.

Albert Rusnak sol, Robert Mak sağ cinahdan vinger kimi çıxış edəcək. Onlar həm cinah müdafiəçilərinə, həm də hücumçuya dəstək verməlidilər. Hücumun mərkəzində isə Andrey Dudanın yer alması gözlənilir. Hamşik-Rusnak-Duda "trio"sunun yer dəyişmələri də mümkündü. Həmkarlarımızın iddiasına görə, Hapal qarşılaşmanın gedişində 4-4-2-yə də keçə bilər.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest