Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.

Misli Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest