"4-cü qolun ardından tamam rahatladıq və nəzarət tam bizim əlimizdə oldu. Qol epizodunda orta sahədə boşluq gördüm, irəlilədim və zərbə vurdum. Açığı, zərbə anında nə edəcəyimi bilmirdim. Çünki elə də çox qol vurmamışam".

"4-cü qolun ardından tamam rahatladıq və nəzarət tam bizim əlimizdə oldu". Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının dayaq yarımmüdafiəçisi Stanislav Lobotka deyib.

AVRO-2020-nin seçmə mərhələsində millimizin qonağı olan Slovakiya 5:1 hesablı qələbə qazanıb. Qarşılaşmada hesabı açan Lobotka vurduğu qol anını belə xatırlayıb: "Qol epizodunda orta sahədə boşluq gördüm, irəlilədim və zərbə vurdum. Açığı, zərbə anında nə edəcəyimi bilmirdim. çünki elə də çox qol vurmamışam".

Qeyd edək ki, 3 oyunda 6 xal toplayan Slovakiya qrupda 2-ci pillədə qərarlaşıb. Yığmamız isə qrupda xalsız yeganə komandadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest