"Turan Tovuz" mövsümün sonunda sonunda müqaviləsi başa çatan Kurban Berdiyevlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi rusiyalı mütəxəssisin müqaviləsini daha 1 il uzadıb. Bu barədə "sport24.ru" portalı məlumat yayıb.

Berdiyev 2027-ci ilin yayına kimi komandanın "sükan"ı arxasında olacaq. Bundan başqa, klub rəhbərliyi 73 yaşlı məşqçiyə ən azı 3 illik, təkmilləşdirilmiş şərtlərlə yeni sözləşmə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Kurban Berdiyev 2024-cü ilin yayında "Turan Tovuz"un baş məşqçisi postuna təyin olunub. Komanda Premyer Liqada 9 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest