"Gözəl hisslər keçirirəm. Çünki seçmə mərhələdə 5:1 hesablı qələbə qazandıq. Start heyətində meydana çıxdım, ilk dəqiqələrdən mübarizə apardım. Düzünü demək lazımdısa, göz yaşlarımı saxlaya bilmirəm".

"Gözəl hisslər keçirirəm. çünki seçmə mərhələdə 5:1 hesablı qələbə qazandıq". Matc.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının debütantı Robert Bojenikə məxsusdu.

20 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə "Bakcell Arena"da keçirilən qarşılaşmada ilk dəfə Slovakiyanın start heyətində meydana çıxıb.

"Jilina"nın oyunçusu yerli mətbuata açıqlamasında keçirdiyi hissləri bölüşüb: "Start heyətində meydana çıxdım, ilk dəqiqələrdən mübarizə apardım. Düzünü demək lazımdısa, göz yaşlarımı saxlaya bilmirəm. Bu bir xəyal idi. Mən uşaqlığımın ən böyük arzusunu gerçəkləşdirdim".

Qeyd edək ki, oyun Slovakiyanın 5:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest