"Hər dəfə qol vuranda gözəl hisslər keçirirsən. Azərbaycanla görüşdə isə uzaq məsafədən vurduğum zərbə ilə toru silkələdim. Uzun müddət idi qol vura bilmirdim. Rəqib qapısından iki erkən top keçirməyimiz vacib idi".

"Hər dəfə qol vuranda gözəl hisslər keçirirsən. Azərbaycanla görüşdə isə uzaq məsafədən vurduğum zərbə ilə toru silkələdim". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Yuray Kuçka deyib.

Avropa çempionatının seçmə mərhələsində yığmamızın qonağı olan slovakiyalılar "Bakcell Arena"dan 5:1 hesablı qalibiyyətlə ayrılıb. 27-ci dəqiqədə komandasının ikinci qoluna imza atan 32 yaşlı Kuçka sevincini yerli mətbuatla bölüşüb.

"Parma"nın oyunçusu görüşdə dubl edən kapitan Marek Hamşikə görə sevindiyini də əlavə edib: "Uzun müddət idi qol vura bilmirdim. Rəqib qapısından iki erkən top keçirməyimiz vacib idi. Meydan sahibləri fərqi minimuma endirən kimi isə dərhal hesabı 3:1-ə çatdırdıq. Azərbaycanlı futbolçular topu ayaqlarında yaxşı saxlayırdılar. çox ağır oyun oldu. Hava da isti olduğundan, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Marek Hamşikin fərqlənməsinə də çox sevindim. Hamşikin etdikləri inanılmazdı. Onun bundan sonra da çox qollar vurmasını və bizi zəfərlərə daşımasını arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest