"AVRO-2020-nin final mərhələsi maraqlı təcrübə olacaq. çünki 12 ev sahibindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış olmayan ölkələrdi. Onlar bu böyük yarışın bir hissəsi olmaq imkanı qazanıblar. Əminəm ki, bu çempionatda futbol nəhəng birləşən qüvvə olacaq".

Matc.az saytının məlumatına görə, bunu Fransa yığmasının keçmiş hücumçusu David Trezege deyib. Rusiya mətbuatına müsahibə verən 42 yaşlı mütəxəssis bir çox məsələlərə toxunub.

AVRO-2020-nin final mərhələsindən də danışan sabiq "Yuventus"lu bu turnirin 4 matçının Bakıda keçiriləcəyi ilə bağlı sualı da cavablandırıb. O, "çelsi" ilə "Arsenal" arasında baş tutan Avropa Liqasının final matçının ölkəmizə yeni təcrübə qazandırdığı qənaətindədi: "Düzdü, Avropa Liqasının finalı zamanı Bakı ilə bağlı çox tənqidi fikirlər oldu. Ancaq mənə elə gəlir ki, bunların çoxu təşkilati məsələlərlə bağlı idi. çünki Bakı Olimpiya Stadionu çox geniş və gözəldi. Nəzərə almaq lazımdı ki, bu, Bakının ilk belə böyük təcrübəsi idi. Hər zaman başlanğıc nadir hallarda ideal olur. Əlbəttə, Bakı Avropa hissəsindən uzaqdı. Ancaq Avropa Liqasındakı təcrübə AVRO-2020 zamanı paytaxtın hərtərəfli daha yaxşı olmasına kömək edəcək".

Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest