06 Dekabr 2025, 12:50
FUTBOL
Ronald Arauxo emosional problemlərini həll etməsə, "Barselona" qış "transfer pəncərəsi"ndə yeni müdafiəçi ilə müqavilə imzalaya bilər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu yanvar ayında müdafiəçi transferi düşünmürdü, lakin uruqvaylı futbolçu ilə bağlı vəziyyət onların mövqeyini dəyişib.
Qeyd edək ki, bu həftənin əvvəlində Arauxo "Barselona"dan emosional gərginliyindən qurtulmaq üçün müddətsiz vaxt istəyib. Lakin Çempionlar Liqasında "Çelsi" ilə oyunda qırımızı vərəqə aldıqdan sonra vəziyyət xeyli pisləşib.












