17 Fevral 2026, 12:49
FUTBOL
"Traktor" baş məşqçi Draqan Skoçiçlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Traktor" ötən mövsüm Draqan Skoçiçin rəhbərliyi altında ilk dəfə İran çempionu olub. Komanda cari mövsümdə isə 21 turdan sonra 35 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar 36 xalı olan "Qol Qahar"dan 1 oyun az keçiriblər.









_1771326298.jpg)

