"Yuventus"un hücumçusu Moyze Kin "İnter"ə keçmək istəyir. Matc.az xəbər verir ki, bunu gənc forvardın atası Biru Cin Kin deyib.

Ata Kin 19 yaşlı oyunçunun uşaqlıqdan "İnter" azarkeşi olduğunu söyləyib: "O, "İnter"in formasında böyüyüb. Hələ uşaq vaxtı "İnter"i seçib və bu komandanın fanatı idi. Moyze "İnter"ə keçmək istəyir. Ancaq bu, təklifdən asılıdı. Əgər "İnter" "Yuventus"dakı qazancından çox təklif etsə, mən bu keçidin uyğun olacağını düşünürəm. Oğlumun bacarığına bələdəm. 3-4 ildən sonra ondan "Qızıl top" gözləyirəm".

Qeyd edək ki, Moyze Kinin "Yuventus"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest