"Milan"ın müdafiəçisi Straxinya Pavloviç "Çelsi"nin maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Bildirilir ki, London klubu bu yay italiyalıların müdafiəsində əsas oyunçuya çevrilən 24 yaşlı mərkəz müdafiəçisi üçün "Milan" ilə razılığa gəlməyə çalışacaq.

Pavloviç 2024-cü ilin yayında "Zaltsburq"dan "Milan"a qoşulub. Serbiyalı futbolçu bu mövsüm bütün yarışlarda 30 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest