"Elversberq" tarixində ilk dəfə Bundesliqaya yüksəlməyi bacarıb

Matc.az xəbər verir ki, bu, II Bundesliqanın 34-cü turunda "Proyssen Münster" üzərində 3:0 hesablı qələbədən sonra mümkün olub.

"Elversberq" 62 xalla turnir cədvəlində ikinci yeri tutub və birbaşa yüksək diviziona yüksəlib.

Eyni xalla sahib "Paderborn" isə üçüncü olub və pley-offda "Volfsburq"a qarşı oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest