"Real"ın sabiq cinah oyunçusu Qaret Beyl baş məşqçi Alvaro Arbeloanı açıq şəkildə tənqid edən Kilian Mbappenin davranışını qəbuledilməz adlandırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Sport.fr paylaşıb.
"Məşqçini miks zonada tənqid etmək olmaz, nöqtə. Kilian Mbappe və ya başqası olmağın fərqi yoxdur. Mən heç vaxt özümü göstərişli aparmamışam və ya məşqçinin mətbuat konfranslarını izləmədiyimi deməmişəm", - deyə Beyl açıqlama verib.
Xatırladaq ki, bir neçə gün əvvəl "Oviedo"ya qarşı matçından (2:0 hesablı qələbə) sonra Mbappe ilə Arbeloa arasında miks zonada mübahisə yaranmışdı.
Bu mövsüm 27 yaşlı fransız hücumçu "Real"ın heyətində bütün yarışlarda 42 oyunda 41 qol vurub və 7 məhsuldar ötürmə edib. Arbeloa isə mövsümün sonunda Madrid klubundan ayrılacaq.













