"Sevilya" azarkeşlərdən birinin "Real"ın futbolçusu Vinisius Juniora plastik butulka atdığı qalmaqallı epizoddan sonra hələlik maliyyə cəzası almaqdan yayınmağı bacarıb.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yub.
Hadisə braziliyalı futbolçunun La Liqanın XXXVII turunun qarşılaşmasında matçın yeganə qolunu vurmasından sonra baş verib. Tribunaların yaxınlığında qol sevinci yaşanan zaman televiziya kameraları butulkanın futbolçunun tam yaxınlığından düşdüyünü, lakin ona dəymədiyini qeydə alıb.
Klubun cəzadan yayınmasında əsas amil matçın baş hakimi Xose Mariya Sançes Martinesin bu epizodu oyunsonrası rəsmi hesabatında qeyd etməməsi olub. Bu səbəbdən intizam orqanları "Sevilya"ya qarşı İntizam Məcəlləsinin 117-ci maddəsində nəzərdə tutulmuş sanksiyaları avtomatik olaraq tətbiq etməyiblər.
Qeyd edək ki, sözügedən maddə analoji insidentlərə görə klubları 602 avroyadək cərimələməyə imkan verir.
Bununla belə, vəziyyət hələ də dəyişə bilər. Əgər La Liqa bu hadisəni qayda pozuntuları ilə bağlı həftəlik hesabata daxil edərsə, İspaniya İntizam Komitəsi ayrıca araşdırma başlada bilər.









_1692366642.jpg)



