"Arsenal"ın baş məşqçisi Mikel Arteta London klubunun Premyer Liqada vaxtından əvvəl çempionluğundan sonra unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis turnir tarixində vaxtilə futbolçu kimi çıxış etdiyi komanda ilə çempionluq titulu qazanan ilk məşqçi olub.

Arteta 2011-ci ildən 2016-cı ilədək "Arsenal"ın şərəfini qoruyub. O, bu müddət ərzində "topçular"ın forması ilə 150 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Çempionluğa ən yaxın olduğu an isə klubdakı son mövsümü olub. Həmin vaxt paytaxt təmsilçisi Premyer Liqanın gümüş medallarını qazanıb.

Bundan əlavə, Arteta İngiltərə liqasının keçmiş futbolçuları arasında baş məşqçi rolunda çempionluğu qazanmağı bacaran yalnız ikinci şəxs olub. Birincisi, "Lester Siti"dəki çıxışlarından sonra "Mançester Siti"ni 2011/12 mövsümündə titula daşıyan Roberto Mançini idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest