20 May 2026, 11:41
FUTBOL
"Bavariya" "İnter"in müdafiəçisi Yann Bisseklə yaxından maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Sportitalia" məlumat yayıb.
25 yaşlı futbolçu Milan təmsilçisinin heyətində üçüncü mövsümünü keçirir və komandanın əsas oyunçularından biridir. Bissek 2025/26 mövsümündə "İnter"in həm A Seriyasını, həm də İtaliya Kubokunu qazanaraq "qızıl dubl" etməsinə kömək edib.
Almaniyalı mərkəz müdafiəçisi cari mövsümdə bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, bu qarşılaşmalarda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bissekin "İnter"lə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.








_1692366642.jpg)




