20 May 2026, 14:18
FUTBOL
"Milan" "Yuventus"un hücumçusu Duşan Vlahoviçin transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
"Rossonerilər"in rəhbərliyi komanda 2025/26 mövsümünün yekunlarına əsasən UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, serbiyalı forvardı heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
Vlahoviç özü də karyerasını növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq bir klubda davam etdirmək istəyir.
Qeyd edək ki, Duşan Vlahoviçin "Yuventus"la müqaviləsi iyunun 30-da başa çatır. 26 yaşlı futbolçu cari mövsümdə "Qoca Sinyora"nın heyətində 18 matçda iştirak edib və 5 qolla yadda qalıb.










_1692366642.jpg)


