20 May 2026, 13:55
FUTBOL
"Bavariya" Almaniya Kubokunun "Ştutqart"la final matçına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, qapıçı Manuel Noyer komandaya kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Almaniyalı qolkiper baldır əzələsindəki zədədən əziyyət çəkir. 40 yaşlı qolkiper komanda ilə birlikdə məşq etmir.
Qeyd edək ki, "Bavariya" - "Ştutqart" qarşılaşmaası mayın 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.










_1692366642.jpg)


