Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib. "Neftçi" klubunun sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. 

Matc.az xəbər verir ki, "ağ-qaralar"ın 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə "Neftçi"nin prezidenti olub. Onun rəhbərliyi dövründə paytaxt təmsilçisi ölkə futbolunda uğurlu nəticələr əldə edərək üç dəfə Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu qazanıb. Eyni zamanda, klub Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə məhz onun rəhbərliyi altında vəsiqə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest