Lissabonun "Sportinq" klubunun 23 yaşlı braziliyalı cinah oyunçusu Alisson Santos rəsmən İtaliyanın "Napoli" klubunun tam hüquqlu üzvü olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Qış "transfer pəncərəsi"ndə "Napoli" Alissonu mövsümün sonuna qədər 3,5 milyon avroya icarəyə götürmüşdü. İtaliyalılar müqavilədə yer alan 16,5 milyon avroluq satın alma şərtini aktivləşdiriblər.

Neapol klubuna qoşulduqdan sonra uğurlu oyun nümayiş etdirən braziliyalı futbolçu bütün turnirlərdə 15 matça çıxaraq 4 qol vurub. Onun transfer dəyəri bu qısa müddətdə 13 milyon avrodan 28 milyon avroya qədər yüksəlib.

Xatırladaq ki, dünən "Napoli" baş məşqçi Antonio Kontenin komandadan getdiyini açıqlayıb. İtaliya mətbuatının yaydığı son məlumatlara görə, onu tezliklə Massimiliano Allegrinin əvəzləyəcəyi gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest