Siyasət Əsgərovun başçılıq etdiyi komanda doğma meydanda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub.
Qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, Siyasət Əsgərovun başçılıq etdiyi komanda doğma meydanda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub.
C Liqasının 3-cü qrupunda yer alan millimizin yeganə qoluna 74-cü dəqiqədə Kamila Əsədova imza atsa da, rəqib komanda meydandan qələbə ilə ayrılmağı bacarıb.
Qrupun digər oyununda isə Andorra yığması Şimali Makedoniyanı qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Hazırda turnir cədvəlində Macarıstan 13 xalla liderliyini möhkəmləndirib, Azərbaycan millisi isə 9 xalla 2-ci pillədə qərarlaşıb. Şimali Makedoniyanın 3, Andorranın isə 1 xalı var.







_1780682402.jpg)



_1780678571.jpg)

