05 İyun 2026, 22:36
FUTBOL
Bölgə təmsilçisi futbolçusu Ravil Qafarovla yollarını ayırıb.
"Şamaxı" klubunda növbəti ayrılıq rəsmiləşib. Bölgə təmsilçisi futbolçusu Ravil Qafarovla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə müddəti başa çatan oyunçu ilə yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, "Şamaxı" son 10 gündə böyük heyət islahatları çərçivəsində Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike ilə də vidalaşmışdı.













