10 İyun 2026, 12:37
MPL
29 yaşlı vingerlə klub arasında bağlanmış müqavilə başa çatıb.
"Qəbələ" Adriel Ba Lua ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı vingerlə klub arasında bağlanmış müqavilə başa çatıb.
2025-ci ilin yayından "Qəbələ"də çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub. O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.








_1781108547.jpg)




