10 İyun 2026, 14:05
FUTBOL
"Borussiya"nın yarımmüdafiəçisi Yan Kuta karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Komo" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Sesk Fabreqasın baş məşqçi olduği klub 24 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, Yan Kuta ötən mövsüm Dortmund təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.








_1781108547.jpg)




