"Sanderlend"in mərkəz yarımmüdafiəçisi Qranit Caka İngiltərədə klubunu dəyişmək niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, İsveçrə millisinin lideri Londonun "Çelsi" klubuna keçid variantından imtina edib. "Zadəganlar" 33 yaşlı yarımmüdafiəçi üçün 8 milyon funt-sterlinq təklif edib.

Maraqlıdır ki, bu məbləğ "qara pişiklər"i qane etməyib və onlar londonluların bu təklifini alçaldıcı adlandırıblar.

Qeyd olunur ki, Caka qərarı barədə London klubunun yeni baş məşqçisi Xabi Alonsoya şəxsən məlumat verib.

İsveçrəli futbolçunun bu seçimi təcrübəli oyunçunu öz komandasına cəlb edə biləcəyinə inanan "mavilər"in ispaniyalı çalışdırıcısı üçün gözlənilməz olub və böyük məyusluq yaradıb.

Xatırladaq ki, Caka 2025-ci ilin iyulundan Leverkuzen "Bayer"indən keçdiyi "Sanderlend"də çıxış edir. O, "qara pişiklər"in heyətində artıq 36 oyun keçirib (1 qol və 6 məhsuldar ötürmə).

Kapitanın İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir. "Transfermarkt" portalı onun transfer qiymətini 8 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest