İspaniya millisi futbol üzrə dünya çempionatları tarixində ardıcıl altı oyunda qol buraxmayan ilk komanda olub.

Matc.az xəbər verir ki, bu seriya 2022-ci il dünya çempionatının 1/8 finalında Mərakeşlə oyundan (0:0, penaltilərlə 0:3) başlayıb.

Bundan sonra ispanlar 2026-cı il dünya çempionatında dörddəbir finala qədər irəliləyərək ardıcıl 5 görüşdə də qapılarını toxunulmaz saxlayıblar.

Əvvəllər İspaniya yığması bu göstəriciyə görə İtaliya və İsveçrə ilə liderliyi bölüşürdü. Belə ki, İtaliya millisi 1990-cı il dünya çempionatında ardıcıl 5 matçda qol buraxmayıb. İsveçrə komandası isə 2006-cı il dünya çempionatındakı 4 qarşılaşmada və 2010-cu il turnirinin startında İspaniya ilə oyunda (1:0) qapısını təmiz saxlamağı bacarıb.

Turnirin 1/4 finalında İspaniya seçməsi ABŞ və Belçika komandaları arasındakı matçın qalibi ilə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest