"Nyukasl"ın və İtaliya millisinin mərkəz yarımmüdafiəçisi Sandro Tonali "Tottenhem"in oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Tonali ilə bağlanan müqavilənin şərtləri və müddəti barədə ətraflı məlumat verilmir. Transfer məbləği 117 milyon avro təşkil edib. Bu rəqəm 26 yaşlı italyan futbolçunu "Tottenhem" tarixinin ən baha transferi edib.

Tonali 2023-cü ilin yayından, yəni "sağsağanlar"ın onun üçün "Milan"a 60 milyon avrodan çox pul ödədiyi vaxtdan bəri "Nyukasl"da çıxış edirdi. Yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlərdə 110 matçda meydana çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, o qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün aldığı diskvalifikasiya səbəbindən ilk mövsümünün demək olar ki, hamısını buraxıb. Tonali İtaliya yığmasının heyətində çıxış etdiyi 32 oyunda isə 4 qol vurmağı bacarıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest