"Opta" superkompüteri 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq İspaniya və Portuqaliya yığmalarının qələbə şanslarını qiymətləndirib.

Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" idman nəşri məlumat yayıb.

Bildirilir ki, İspaniyanın əsas vaxtda qalib gəlmək şansı 48,6 faiz təşkil edir. Portuqaliya seçməsinin qələbə qazanmaq ehtimalı isə 25,6 faizə bərabərdir. Qarşılaşmanın əlavə vaxta, eləcə də penaltilər seriyasına keçmə ehtimalı 25,8 faiz kimi qiymətləndirilir.

Qrup mərhələsinin nəticələrinə əsasən, 7 xal toplayan İspaniya millisi H qrupunu birinci pillədə başa vurub. Portuqaliya yığması isə 5 xalla K qrupunda ikinci yerdə qərarlaşıb.

Dünya çempionatının 1/16 finalında ispanlar Avstriyanı darmadağın ediblər (3:0), Portuqaliya seçməsi isə Xorvatiyadan üstün olub (2:1).

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentina yığmasıdır.

Azərbaycanlı azarkeşlərin böyük maraqla gözlədiyi bu prinsipial qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest