"Monako" rəsmi şəkildə Filipe Luisin baş məşqçi postuna təyin olunduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 40 yaşlı braziliyalı mütəxəssis klubla 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Avqustun 9-da 41 yaşı tamam olacaq Filipe Luis Braziliyanın "Flamenqo" klubundakı uğurlu fəaliyyətindən sonra Avropa klubuna keçib. Rio-de-Janeyro təmsilçisi onun rəhbərliyi altında 2025-ci ildə tarixi kvadrupla imza atıb.
"Flamenqo"nun başında keçirdiyi iki mövsüm ərzində Luis 2024-cü il Braziliya Kubokunu, 2025-ci il ölkə Superkubokunu, 2025-ci il Karioka Liqasını, 2025-ci il Braziliya çempionatını, həmçinin 2025-ci il Libertadores Kubokunu qazanıb.
Əsas komandanın baş məşqçisi postunda ümumilikdə 62 qələbə qazanan, 21 dəfə heç-heçə edən və 16 məğlubiyyətlə üzləşən mütəxəssis bu nəticə ilə 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı məşqçisi adına layiq görülüb.













