Oliver Qlasner "Nottinqem Forest"in baş məşqçisi vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

51 yaşlı avstriyalı mütəxəssislə bağlanan müqavilənin şərtləri və müddəti barədə ətraflı məlumat verilmir. Avstriyalı mütəxəssis bu postda ötən həftə işindən kənarlaşdırılan Vitor Pereyranı əvəzləyib.

Qlasnerin son iş yeri 2024-cü ilin fevralından 2026-cı ilin mayına qədər rəhbərlik etdiyi "Kristal Pelas" klubu olub. O, bu komanda ilə 3 titul qazanıb: 2025-ci ildə İngiltərə Kuboku və Superkubokunu, həmçinin 2026-cı ildə Konfrans Liqasını qazanıb.

Qeyd edək ki, təcrübəli məşqçi karyerası ərzində "Rid", "LASK", "Volfsburq" və Frankfurtun "Ayntraxt" klublarında da çalışıb. İyunun əvvəlində "Milan" rəhbərliyi avstriyalını komandaya dəvət etmək istəsə də, o, İtaliya klubunun bu təklifini geri çevirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest