07 İyul 2026, 01:44
FUTBOL
İspaniya yığmasının yarımmüdafiəçisi Rodri Portuqaliya və İspaniya komandaları arasında keçirilən dünya çempionatının 1/8 final mərhələsinin matçının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi meydanda bütün oyunu keçirsə də, məhsuldar addımlarla yadda qalmayıb.
Bu görüşdə yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
İspaniya yığması 1/4 finalda ABŞ və Belçika qarşıdurmasının qalibi ilə oynayacaq.













