Braziliya millisi 1966-cı ildən bəri dünya çempionatlarında keçirdiyi oyunlar tarixində ən aşağı topa sahibolma faizini qeydə alıb.
Matc.az xəbər verir ki, bu barədə Opta idman nəşri məlumat yayıb.
Bildirilir ki, dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya seçməsi matç ərzində topa yalnız 34 faiz sahib olub. Karlo Ançelottinin komandasının bu göstəricisi yığmanın dünya çempionatları tarixində qeydə alınan ən aşağı nəticəsidir. Bu statistika 1966-cı ildən bəri aparılır.
Buna qədər ən pis nəticə 1998-ci il dünya çempionatının yarımfinalında Niderlandla oyunda qeydə alınmışdı. Həmin görüşdə 40 faiz topa sahib olan braziliyalılar əsas vaxtı 1:1 bitən matçın penaltilər seriyasında qalib gəlmişdilər.
Xatırladaq ki, Braziliya millisi 1990-cı ildən bəri ilk dəfə dünya çempionatının 1/4 finalına yüksələ bilməyib.












